21 Oktyabr 2020 17:48
3 984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ermənistan baş nazirinin durumu təsəvvür edilməyəcəyi qədər ağırdır. El məsəlində deyildiyi kimi Paşinyan indi saqqalla bığ arasında qalıb. Əgər o, ağ bayraq qaldırsa, onu süpürüb arxivə atacaqlar. Döyüşləri davam etdirsə, daha biabırçı məğlubiyyətlə üzləşəcək. Bu dəfə də onun hakimiyyətdən uzaqlaşdırıb həbsinə qədər mümkün inkişaf ssenarisi ola bilər.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

O qeyd edib ki, bir zamanlar Paşinyanın həbs etdirdiyi şəxslərin onun həbsinə nail olacağı gözlənilir.

Deputat fikrincə, Nikol Paşinyan çalışdı ki, bu müharibədə mövqeyini yaxşılaşdıra bilsin: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Rusiyanı müharibəyə qoşmaq niyyətində idi. Amma bu alınmadı. Bu məqsədlə o, Azərbaycanın mülki obyektlərinə, Gəncə kimi ikinci böyük bir şəhərə raket hücumları təşkil etdi. Bununla da beynəlxaq terror əməlinə imza atmış oldu. Amma Azərbaycan bunun qarşılığında Ermənistanın Qarabağda yerləşən hərbi hədəflərinə zərbələr endirdi. Çünki Azərbaycanın istiqaməti dinc hədəflər deyil. Ordumuzun əsas hədəfi erməni silahlı birləşmələridir”.

Millət vəkili qeyd edib ki, Paşinyanın BMT Təhlükəsizlik Şurasından, Emmanuel Makrondan və Donald Trampdan olan ümidləri özünü doğrultmadı: “Ona görə də, Paşinyan bütün ümidlərini dünyanın ən qədim peşə sahiblərinə bağlamalı olub. Ən qədim peşə sahiblərindən biri olan ermənilərin özləri üçün “ana” hesab etdikləri məlum imicə malik Kim Kardaşyan Paşinyan tərəfindən açıq şəkildə bu işə cəlb edilib. Paşinyan çalışır ki, Kardaşyanın imkanlarından geninə-boluna yararlansın”.

Elman Nəsirov qeyd edib ki, Paşinyanın və Ermənistanın düşdüyü indiki real durum taleyin ironiyasıdır: “Ermənistan terrorçu dövlətdir. Amma Ermənistanda həm də ən qədim “peşə”nin nümayəndələrinə böyük ehtiram var. Bu “peşə”nin sahibinə bağlanmaq həm də Ermənistanın dövlət siyasətində belə “dəyər”lərin ön planda olduğunu təsdiqləyir. Təbii ki, Kardaşyan da dünyada özü kimiləri, qədim “peşə”nin sahiblərini bir araya toplayıb onlardan imdad diləyir. Kardaşyan öz dostlarına müraciət edir ki, faktiki olaraq Ermənistan dövlətinin xilası onlardan aslıdır. O bildirir ki, yığacaqları vəsaitlər hesabına Ermənistan dövləti xilas olacaq. Kardaşyanın dostlarının da planı ondan ibarətdir ki, bu dövlət xilas olacağı təqdirdə heç də borclu qalmayacaq. Gələcəkləri üçün Ermənistandan da adekvat addımlar gözləyirlər. “Peşə”lərinin perspektivi üçün Ermənistanın çox lazımlı sponsora çevrilə biləcəyi ümidindədirlər. Burada əl-əli yuyar, əl də üzü yuyar prinsipi artıq işə düşüb”.

Deputatın sözlərinə görə, Paşinyanın ailəsində də böyük skandallar yaşanmaqdadır: “Onun həyat yoldaşı Anna Akopyanla arasında çox ciddi ixtilaflar mövcuddur. Qızı sosial şəbəkədə dövlətin ümidlərinin puç olması ilə bağlı məlumatlar yayır. Ermənistanda bu paylaşım sosial şəbəkə seqmetində çox ciddi tənqid edilir”.


Müəllif: Tapdıq Qurbanlı