27 Oktyabr 2020 13:40
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ermənistanda COVID-19-a yoluxanların sayı 1600 nəfər olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın ərazilərini işğal edən və onu işğalda saxlamağa cəhd edən Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi bildirib.

Mərkəz qeyd edib ki, Ermənistanda infeksiyaya yoluxanların ümumi sayı 80410 nəfərə çatıb. Son sutkada 3397 test edilib və yarısının nəticəsi pozitiv çıxıb. 26 nəfər isə infeksiyadan ölüb.

Burada diqqəti çəkən xüsusi bir məqam var. Azərbaycan öz ərazilərini işğaldan azad etməyə başladıqdan sonra Ermənistanda həm xəstəliklərə yoluxan insanların sayında, həm də ölüm statistikasında ciddi artım qeydə alınıb. Bu isə diqqətçəkən məqamdır. Son günlər koronadan ölüm sayı 15-27 nəfər arasında dəyişir. Bu, əslində hazırda 1,5 milyon nəfər əhalisi olan ölkə üçün ciddi rəqəmdir.

Bir müddət əvvəl Ermənistan xüsusi xidmət orqanları bir neçə həkim həbs etmişdi. Erməni həkimlərə qarşı ittiham onların gənc erməniləri səfərbərlikdən xilas etmək üçün saxta koronavirus diaqnozu qoymaları ilə bağlı idi.

İndi isə görünən odur ki, erməni tərəfi Azərbaycan Ordusunun sarsıdıcı zərbələri sayəsində zərərləşdirilən erməni əsgərlərinin müəyyən hissəsi koronavirus infeksiyasından ölmüş kimi qeydiyyata alır. Beləcə itkilərinin sayı azaldılır.


Müəllif: Cavad