Ermənilərin ASALA terror təşkilatının üzvü, “Daşnaksütyun”un Beyrutdakı təşkilatının funksioneri Parkev Şmavonyan güllələnib.
Teleqraf.com xəbər verir ki, hadisə Şamavonyanın İrəvandakı mənzilində baş verib.
38 yaşlı Parkev Şmavonyan Beyrutda daşnaklarla Jmayel və Şamun partiyaları arasındakı əlaqələrin koordinatoru olub.
O, Beyrutda ermənilərin kompakt yaşadıqları Burj-Həmud məhəlləsindəki “La Bamba” butikinin sahibi, “əsl daşnak” kimi tanınmış Koryun Şamovyanın kiçik oğludur.