3 Noyabr 2020 21:24
3 397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qondarma Dağlıq Qarabağ respublikasının "prezidentinin" köməkçisi Rudik Martirosyan, baş prokurorun müavinləri Erik Verdiyan və Sasun Gabrielyan, statistika şurasının üzvü Armen Soghomonyan və mərkəzi seçki komissiyasının üzvü Yegişe Arzumanyan vəzifələrindən azad olunublar.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Həmçinin əmək, sosial məsələlər və mənzil nazirinin birinci müavini Arkadi Soqomonyan, şəhərsalma nazirinin müavini Davit Avanesyan, təhsil, elm və mədəniyyət nazirliyinin aparat rəhbəri Gagik Ayrapetyan vəzifəsindən azad edilib.

Məlumata görə, həmin şəxslər Dağlıq Qarabağdan Ermənistana qaçdıqları üçün cəzalandırılıblar. Onların barəsində cinayət işinin açıldığı qeyd olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər