11 Noyabr 2020 12:09
2 923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir alçaldıcı təslim müqaviləsi imzalayıb. Bu, reallıqdır. Ölkədə 35 gün üst-üstə yalan danışdılar. Azərbaycan Ordusunun əlinə keçən bölgələri qazandığımızı bildirdilər. Həqiqətləri gizlətdilər. Nikol Paşinyanın səriştəsiz və xain hərəkətləri nəticəsində ölkə müharibə ilə üzləşdi. Biz bu müharibəyə hazır deyildik. Nikol nəinki müharibənin qarşısını almaq üçün bir tədbirlər görmədi, əksinə müharibənin olması üçün əlindən gələn hər şeyi etdi.

Teleqraf.com xəbər verir ki, bu sözləri Daşnaksütyun Partiyasının liderlərindən olan İşxan Saqhatelyan Ermənistanın 5-ci kanalına müsahibəsində deyib.

Siyasətçi qeyd edib ki, Ermənistan Nikol Paşinyanın bağı deyil: “Ölkə və insanlara necə belə münasibət göstərə bilərsən? Xainlər ölkəni təslim etdilər və buna görə, bizi günahlandırdılar. Döyüşlər başladıqdan 10-12 gün sonra Nazirlər Kabinetinin rəhbəri xain və fərarilərdən danışmağa başladı. Ölkə belə alçaldıcı sülh bağlayan bir liderə layiq ola bilməz. İstefa verməlidir!”.

Qeyd edək ki, hazırda Ermənistanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən siyasi partiyaların başında Daşnaksütyun durur.


Müəllif: Cavad

Oxşar xəbərlər