11 Noyabr 2020 14:51
15 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinə məğlubiyyəti ətrafında bədnam ölkədə başlayan etirazlar davam edir.

Teleqraf.com xəbər verir ki, Ermənistanda fəaliyyət göstərən hərbi Razm.info saytının rəhbəri Karen Vrtanesyan Azərbaycanla barışıq bəyanatına imza atan Baş nazir Nikol Paşinyana etiraz edib.

Vrtanesyan əslində bununla Ermənistan rəhbərliyinin Azərbaycana təslim olduğunu, bunun ölkəsi adına biabırçı məğlubiyyət olduğunu söyləyib:

“Nikol Paşinyan 2019-cu ildə Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara “yeni nöqtə”dən başladığını bildirdi. Dedi ki, mən danışıqlara Serj Sərkisyan nöqtəsindən deyil, öz nöqtəmdən başlamışam.

Bir il yeddi ay sonra, görək Nikol Paşinyanın başladığı yeni nöqtə haradır. Mən Ermənistanın baş nazirinin saytında dərc olunan sənədin rus dilindəki versiyasına əsaslanıram, onun altında İlham Əliyev və Vladimir Putinin imzaları var.

Maddələr 2 və 6: Ermənistan Ağdam rayonunu noyabrın 20-dək, Kəlbəcər rayonunu noyabrın 15-dək (yaxın 5 gün ərzində), dekabrın 1-dək isə Laçın rayonunu Azərbaycana təslim edəcək. Laçın dəhlizi (eni 5 km) qalır, lakin bu, Şuşa şəhərindən keçməməlidir.

Maddə 3. Təmas xətti boyunca və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının “sülhməramlı kontingenti” kiçik silahlarla, hava hücumundan və ağır zirehli texnika olmadan 1960 hərbi qulluqçu sayında yerləşir. Mətndə bu marşrutda heç bir erməni qüvvəsinin yerləşdirilməsindən bəhs edilmir.

Maddə 4. Tərəflərin heç biri buna etiraz etməsə, sülhməramlılar 5 il qalacaq. Sonra müddətləri avtomatik olaraq 5 il uzadılacaq. Hər iki tərəf qarşı çıxsa, sülhməramlılar geri çəkiləcək. Laçın dəhlizi boyunca hərəkət təhlükəsizliyinin qarantı isə Azərbaycandır.

Maddə 7. Azərbaycanlılar Dağlıq Qarabağ ərazisindəki keçmiş yaşayış yerlərinə qayıda bilərlər (məsələn, Xankəndi, Kərkicahan, Malıbəyli, Xocalı və s.). Nəzəri olaraq, ermənilər də indi Azərbaycanın nəzarəti altındakı keçmiş yaşayış yerlərinə qayıda bilərlər. Məsələn, Hadruta).

Maddə 8. Əsir və cəsədlərinin mübadiləsi.

Maddə 9. Naxçıvan Rusiya sərhədçilərin müşayiəti ilə Mehridən keçən yolda Azərbaycanla əlaqə qurur. Yəni Ermənistan azərbaycanlıların bu yol boyunca hərəkət etməsinin təhlükəsizliyini təmin edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər