Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyana daha bir zərbə müşavirindən gəlib.
Teleqraf.com xəbər verir ki, xarici işlər nazirinin müavini Şavarş Köçəryanın ardınca Mnatsakanyanın müşaviri Ruben Karapetyanın da istefa verdiyi barədə məlumat yayılıb.
Xatırladaq ki, Köçəryanın işdən çıxarılması üçün yazdığı ərizəsinin hələlik rəhbərlik tərəfindən imzalanmadığı bildirilir.