23 Noyabr 2020 16:08
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən müddətsiz aclıq aksiyasına başlayıram. Nikol Paşinyan getməlidir.

Teleqraf.com xəbər verir ki, bu barədə Daşnaksütyun Partiyasının funksionerlərindən Gegham Manukyan özünün Feysbuk səhifəsində yazıb.

Daşnak Ermənistan respublikasının vətəndaşı kimi yaranan vəziyyətdən narahat olduğunu bildirib:

“Ermənistan rəsmilərinin, xüsusilə Baş nazir Paşinyanın səriştəsiz və dağıdıcı hərəkətləri nəticəsində vətənimizin mühüm bir hissəsi itirlib.Bu səbəbdən milli faciə yaşanır. Paşinyan ölkədəki dəyişiklikləri həyata keçirə, danışıqlar aparmağa və Qarabağ məsələsində uğurlara çatmağa hazır biri deyil. Nikol Paşinyanın istefası tələbi ilə sonsuza qədər aclıq aksiyası elan edirəm. Nikol getməlidir...”.


Müəllif: Cavad

Oxşar xəbərlər