Artıq Ermənistan Milli Təhlükəsizlik Xidməti də Baş nazir Nikol Paşinyana tabe olmur.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “İrates” qəzeti məlumat verib.
“Paşinyanın məntiqinə görə, artıq Milli Təhlükəsizlik Xidməti də düşməndir, çünki artıq bu quruma nəzarət etməyi bacarmır. Hazırda Paşinyana qismən tabe olan hüquq-mühafizə strukturu polisdir, çünki dostu olan polis rəisi hələ Paşinyanı rədd etməyib, amma burada da narazılıq hər gün artır”, - nəşr qeyd edib.
Qəzet polis sistemindən fərqli olaraq, təhlükəsizlik xidməti Paşinyana dəstək vermədiyini iddia edib:
“Necə deyərlər, Milli Təhlükəsizlik Xidməti əllərini çoxdan yuyub kənara çəkilib. Orada Paşinyan zamanla oynayan və ölkəni uçuruma aparan bir macəraçı hesab olunur. Buna paralel olaraq, bu günlərdə milli təhlükəsizlik sistemində tezliklə dönüş nöqtəsi ola biləcək maraqlı gəlişmələr baş verir”.