19 Dekabr 2020 14:05
2 616
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sünik (Zəngəzyr) istiqamətində Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsi prosesi davam edir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, Ermənistan Silahlı Qüvvələri, sərhəd xidməti beynəlxalq səviyyədə tanınmış sərhədlərə yerləşdirilib: “Bu, müəyyən narahatlıqlar gətirir”.

Nikol Paşinyan deyib ki, Ermənistanda baş verənlər Sünikin itiriləcəyi ehtimalına dair emosional reaksiyalar yaradıb: “Ancaq gerçəklik əksinədir. Bütün bunlar Sünikin təhlükəsizliyini təmin etmək üçün edilir”.

Baş nazirin fikrincə, son bir neçə gündə Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri xaricində yenidən hərbi əməliyyatların başlanması ehtimalı var idi:

“Gərginlik bu ərazidə baş versəydi, bütün nəticələri ilə Sünik bölgəsinə sıçrayacaqdı. Bu gün beynəlxalq səviyyədə tanınmış sərhədlərimizə əsaslanaraq Sünik üçün yeni təminatlar yaradırıq”.

Paşinyan bütün proseslərin Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyannamənin prinsiplərinə əsaslandığını deyib.

Əlavə edək ki, Ermənistanın ötən illər ərzində qanunsuz yolla Qafan rayonuna birləşdirdiyi bir sıra Azərbaycan kəndləri yenidən ordumuzun nəzarətinə keçib. Bu, Ermənistanda etiraz yaradıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər