24 Dekabr 2020 18:14
1 491
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda hökumət evi yaxınlığında keçirilən etiraz aksiyasında iştirak edən təxminən 80 nəfər polis bölməsinə aparılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti-yə Ermənistan polisinin sözçüsü bildirib.

“Bu gün 77 nəfər polis bölməsinə aparılıb. Bu ümumi rəqəmdir, amma bir çoxu artıq sərbəst buraxılıb”, – deyə polisin sözçüsü bildirib.

Qeyd edək ki, dekabrın 24-də müxalifət Ermənistan hökumətinin binası qarşısına toplaşaraq Baş nazir Nikol Paşinyanın istefasını tələb edib.

Ermənistanın paytaxtında nümayişlər artıq ay yarımdır davam edir.


Müəllif: Səxavət

Oxşar xəbərlər