Ermənistan parlamentindəki hakim “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunts ölkənin ABŞ-dakı səfiri təyin ediləcək.
Teleqraf.com xəbər verir ki, o, “Azadlıq” radiosunun efirində bu barədə danışıb.
“Gündəmdə belə bir məsələ var, amma hələ müzakirə mərhələsindədir”, – deyə o bildirib.
Onun təcrübəsinin ABŞ-da səfir kimi işləmək üçün yetərli olub-olmadığına dair sualı cavablandıran Makunts siyasi təyinatlarda məhdudiyyət olmadığını söyləyib. “Mənim təcrübəmə gəldikdə, o, parlament diplomatiyası çərçivəsində ictimai idi. Təcrübə, əlbəttə, son dərəcə vacibdir, lakin bəzi hallarda əsas rol oynamır”, – Makunts deyib.
Qeyd edək ki, belə bir təyinatın olacağı xəbərini ilk olaraq Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan özünün teleqram-kanalında açıqlamışdı.
Lilit Makunts Ermənistanın baş naziri Nikol Paşinyanın yaxın silahdaşı kimi tanınır.