İrəvanda polisdən qaçan cinayətkar 3 yaşlı uşağı girov götürüb və polis ona yaxınlaşarsa, uşağa xəsarət yetirəcəyini deyib.
Teleqraf.com xəbər verir ki, hadisə Ermənistan paytaxtı İrəvanın Kapantsyan küçəsində qeydə alınıb.
Cinayətkar əvvəlcə atəş açıb, daha sonra körpə uşağı girov götürüb.
Onunla iki saatdan çox danışıqlar aparılıb. Sonradan polisə təslim olan şəxs girov götürdüyü uşağı sərbəst buraxıb.
Hadisənin dəhşətli tərəfi odur ki, cinayətkarın girov götürdüyü uşaq öz oğlu olub.