Cəbrayıl və Hadrut istiqamətində daha üç erməni hərbçisinin cəsədi tapılıb.
Teleqraf.com xəbər verir ki, cəsədlərdən ikisi Hadrut, biri isə Cəbrayıl ərazisindən tapılıb.
Erməni tərəfi bildirir ki, bu gün axtarış-xilasetmə qrupları Hadrut istiqamətində fəaliyyətini davam etdirəcək.
Bununla da müharibədən sonra erməni tərəfinin döyüş meydanlarından yığdığı cəsədlərin sayı 1321 olub.