Azərbayan Ermənistandan Qarabağa hərbi qüvvə göndərməyəcəyinə dair təminat alana qədər əlində daha çox əsir tutacaq. Bu qiymətdir. Erməni hakimiyyəti də bununla razılaşmalı olacaq. Çünki onları (erməniləri) istədikləri kimi idarə edir, irəli və geri aparırılar.
Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistanın ikinci prezidenti, cani Robert Köçəryan erməni mediasına müsahibəsində deyib.
Köçəryan əmindir ki, əsir məsələsi həll edilmədən təmaslar olmamalıdır: “Bu, digər addımlar üçün də şərt olmalıdır. Niyə hökumət bunu etmir? Bu suala cavab yoxdur”.
Köçəryan Nikol Paşinyan hökumətini əsirlərlə bağlı məlumatları məxfi saxladığına görə də ciddi tənqid edib:
“Dövlət sirri nə deməkdir? Sual olunur: doğurdanmı Azərbaycan neçə erməni məhbusun olduğunu bilmir? Əsirlərin sayı kimdən gizlədilir? Xalqımızdan? Milli təhlükəsizlik baxımından düşmənin etiyac duyduğu məlumatlar dövlət sirri hesab olunur. Düşmənimiz erməni məhbuslarının sayını çox yaxşı bilir. O zaman səlahiyyətlilər bunu kimdən gizlədirlər? Dövlət sirri anlayışı alt-üst oldu”.
Robert Köçəryan qeyd edib ki, üçtərəfli görüşdən əvvəl və ya həmin zaman məhbus məsələsi həll edilməli idi:
“Ancaq bu insanlar (erməni rəsmiləri) bellərini o qədər əyiblər ki, dövlət maraqlarımız uğrunda mübarizə apara bilməyəcəklər. Apara da bilməzlər. Əgər xalqımız buna dözürsə, deməli biz buna layiqik”.
Hərbi cani hesab edir ki, Azərbaycan tərəfi əlində olan əsirlərdən Ermənistanın Xankəndinə hərbçi göndərməməsi üçün istifadə etmək istəyir:
“Bakı 10 noyabrdan sonra əsir götürülənləri hərbi əsir hesab etməyəcəyini bəyan edib. Əsir saxlamaq asan deyil, daima təzyiq altında olursan. Əminəm ki, Əliyev əsirləri müəyyən bir məqsəd üçün saxlayır, hansı ki bu, Qarabağda erməni “dövlətçilinin” parçalanması üçün vasitədir. Azərbaycan Ermənistandan Qarabağa hərbçi göndərməyəcəyinə dair təminat alana qədər proses davam edəcək".