Cəbrayıl rayonu ərazisində aparılan axtarış tədbirləri zamanı daha 8 erməni hərbçisinin cəsədi tapılıb.
Teleqraf.com xəbər verir ki, cəsədlərin şəxsiyyətlərini müəyyən etmək üçün məhkəmə tibbi ekspertizasının tələb ediləcəyi bildirilib.
Bu günədək Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən ümumilikdə 1329 erməni cəsədi tapılıb.
Axtarışlar Xocavənd, Hadrut və Cəbrayıl ərazilərində davam edir.