Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstana səfər edib.
Teleqraf.com xəbər verir ki, səfərin məqsədi Avrasiya Hökumətlərarası Şuranın iclasında iştirak etməkdir.
Paşinyanın rəhbərlik etdiyi heyətə baş nazirin müavini Mher Qriqoryan, xarici işlər nazirinin müavini Armen Qevondyan, iqtisadiyyat nazirinin müavini Varos Simonyan və digər şəxslər daxildir.