13 Fevral 2021 11:30
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın hakim “Mənim addımın” parlament fraksiyasının ötən həftə keçirdiyi müzakirələr zamanı qalmaqal qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.

Qəzet iddia edib ki, xüsusilə, Baş nazir Nikol Paşinyanın erkən parlament seçkilərinə getməmək qərarı narazılığa səbəb olub. Bəzi deputatlar erkən seçkilərin sadəcə lazım olduğunu, hətta fiziki zorakılıqla təhdid edildiklərini və bu vəziyyətə son qoymağın lazım olduğunu ifadə edərək mövqelərini açıq ortaya qoyublar. Amma eyni zamanda qeyd edilib ki, sülh içində yaşamaq üçün tez bir zamanda seçkidə qələbə qazanmaq lazımdır.

İddiaya görə, iclasda erkən seçkilərin tərəfdarları ilə əleydarları arasında qalmaqal olub. Qəzetin ehtimalına görə, proses bu şəkildə davam edərsə, qərardan asılı olaraq bir neçə deputat “Mənim Addımım” fraksiyasından ayrıla bilər.


Müəllif: Cavad

Oxşar xəbərlər