21 Fevral 2021 11:27
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda son sutkada daha 168 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

Ölkədə virusa yoluxanların sayı 170 402-yə çatıb.

Bildirilib ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 3 164-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 801 nəfərdir. İndiyədək 161 994 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 4 443 aktiv koronavirus xəstəsi var.


Müəllif: Teleqraf.com