25 Fevral 2021 19:56
3 288
12 Punto 14 Punto 16 Punto 18 Punto

General-leytenant Levon Mnatsakanyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Baş nazir Nikol Paşinyan və hökuməti istefaya çağıran bəyanatına dəstək verib.

Teleqraf.com xəbər verir ki, o, hökumət başçısı üçün ən doğru çıxış yolunun istefa olduğunu bildirib.

General açıqlamasında bütün erməni xalqının ölümcül anlar yaşadığını söyləyib: “Erməni xalqı nəinki xarici, həm də bugünkü antimilli hakimiyyət orqanlarına müqavimət göstərmək məcburiyyətində qalır və çünki onlar ölkəni xarabalığa çevirirlər”.

Mnatsakanyan Paşinyanın istefasının “ölüm-qalım” məsələsi adlandırıb.

O, Baş Qərargahın tarixi zərurətdən irəli gələrək Ermənistanın mövcud hakimiyyətini istefaya çağırdığını iddia edib.

General ölkənin təhlükəsizlik strukturları və kəşfiyyat orqanlarından da, Paşinyanın istefasını istəyən ordunun tərəfinə keçməsini istəyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər