3 Mart 2021 00:13
4 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hakimiyyəti Silahlı Qüvvələrin Baş Qərargahını Müdafiə Nazirliyinin strukturuna daxil etmək istəyir”.

Teleqraf.com xəbər verir ki, bunu parlamentdəki “Maariflənmiş Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan deyib.

Müxalifət millət vəkilinin əldə etdiyi məlumata görə, hakim hakim “Mənim addımım” bloku artıq belə bir qanun layihəsi üzərində işləyir:

“Bu cür dəyişikliklər dövlət idarəetmə sistemini tamamilə dəyişdirə bilər, çünki indi Baş Qərargah və nazirliyin funksiyaları açıq şəkildə ayrıdır. Bu səbəbdən belə dəyişikliklər yalnız referendumda qəbul edilə bilər”.

Marukyan Baş nazir Nikol Paşinyanın idarəetmədə bir sıra dəyişikliklər edərək, supergücə sahib olmaq istədiyini bildirib.

Qeyd edək ki, səlahiyyətlilər hələ belə bir məzmunda bir qanun layihəsi elan etməyiblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər