9 Mart 2021 00:57
2 728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun fasilədən sonra Ermənistanın ilk prezidenti və baş nazirin keçmiş lideri Levon Ter-Petrosyan da danışdı. O, Baş nazir Nikol Paşinyanı müharibədə ağır məğlubiyyətə görə tənqid edərək generalları anladığını bildirsə də, hərbi çevrilişə qarşı çıxdığını da vurğuladı”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Ermənistanın digər eks-prezidenti Robert Köçəryan son müsahibəsində hərbi çevrilişin tərəfdarı olduğunu və buna misal olaraq Cənubi Koreyanı göstərmişdi:

“Köçəryan demişdi ki, Cənubi Koreyada 1960-cı illərdəki hərbi çevrilişdən sonra bu ölkənin iqtisadiyyatı inkişaf etdi. Levon Ter-Petrosyan Köçəryanın adını çəkmədən onun cavabını belə verib: “Cənubi Koreyanı misal çəkənlər unutmasınlar ki, Əfqanıstan, Sudan, İraq, Suriya və Liviya nə günə düşüblər. Hərbi yolla dəyişikliyin sonu yaxşı olmur. Çalışmalıyıq ki, Ermənistan bu ölkələrin acı təcrübəsini yaşamasın”.

Beləliklə, Levon Ter-Petrosyan açıq-aşkar keçmiş tərəfdarı baş nazir Nikol Paşinyanı müdafə etməsə də, generallar vasitəsilə hərbi çevriliş həyata keçirmək istəyən müxalifət qüvvələrini də dəstəkləmir. Bu mümkün deyil, çünki onun özünü də hakimiyyətdən Köçəryan-Sərkisyan xuntası “posmodern” çevriliş yolu ilə devirmişdi.

Levon Ter-Petrosyan bunu unuda bilməz. Ancaq Levon Ter-Petrosyan indiki vəziyyətdən konkret çıxış yolu da göstərə bilməyib. Ona görə də onun özünün dediyi kimi, Ermənistanın dağılan ölkələrin acı təcrübəsini yaşaması ehtimalı azalmayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər