14 Mart 2021 00:16
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın paytaxtı İrəvanda polis əməkdaşları ilə etirazçılar arasında növbəti toqquşma olub.

Teleqraf.com xəbər verir ki, insident Baş nazir Nikol Paşinyan iqamətgaha daxil olmaq istəyən vaxt baş tutub. Etirazçıların bir qismi Paşinyanın prezident iqamətgahına daxil olmasının qarşısını almağa çalışıb. Bu zaman onlarla polis əməkdaşları arasında toqquşma başlayıb.

Qeyd edilir ki, bundan sonra prezident iqamətgahının qarşısında vəziyyət daha da gərginləşib.

Ermənistan müxalifətinin cəmləşdiyi “Vətənin qurtuluşu üzrə hərəkat”ın üzvləri prezident iqamətgahı qarşısında toplaşıblar. Bununla əlaqədar əraziyə xeyli sayda polis əməkdaşı cəlb edilib. Etirazçılar "Nikolsuz Ermənistan" şüarlarını səsləndiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər