22 Mart 2021 21:57
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hakim partiyanın baş nazir postuna namizədi Ermənistan hökumətinin hazırkı başçısı Nikol Paşinyan olacaq”.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistanın ədliyyə naziri Rüstəm Badasyan deyib.

“Düşünürəm ki, sualın cavabı aydındır. Heç bir müzakirədə iştirak etməmişəm, idarə heyətinin üzvü deyiləm, amma cavab aydındır”, - Badasyan vurğulayıb.

Nazir hakim “Mənim addımım” blokunun namizədinin Paşinyan olacağını deyib.

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-də keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər