Ermənistanın baş naziri Nikol Paşinyan aprel ayında istefa edəcək.
Teleqraf.com xəbər verir ki, Paşinyan bunu bazar günü Ermənistanın Armavir rayonunun Araqats (Alagöz) kəndinin sakinləri ilə görüşü zamanı deyib.
O, ölkədəki növbədənkənar parlament seçkilərinə qədər Nazirlər Kabineti başçısı vəzifəsini icra edəcəyini bildirib.