8 Aprel 2021 11:36
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda son sutkada koronavirusa 12 31 yoluxma qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 200 129-a çatıb.

Məlumata görə, ölkədə son sutkada daha 28 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 675 nəfərə yüksəlib.

Koronavirusdan sağalanların ümumi sayı 179 043 nəfərə yüksəlib.

Hazırda 16 471 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.


Müəllif: Teleqraf.com