28 Aprel 2021 13:56
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müharibənin nəticələri mənə oktyabr ayının əvvəlində aydın oldu, amma Ermənistandakı siyasi qüvvələr hərbi əməliyyatların erkən dayandırılması ilə bağlı fikir birliyinə gələ bilmədilər”.

Teleqraf.com xəbər verir ki, bunu Qarabağdakı separatçıların başçısı Araik Arutyunyan deyib.

Onun sözlərinə görə, o günlərdə Ermənistandakı bir çox siyasi qüvvə müharibənin dayandırılmasını xəyanət kimi qəbul ediblər.

Məğlubiyyətin əsas səbəblərindən danışan Arutyunyan qeyd edib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi 1994-cü ildə atəşkəs sazişinin imzalanmasından bəri dünya təcrübəsindən faydalana bilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu