Ermənistan Baş naziri Nikol Paşinyan keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin nüfuzlu şəxslərini öz tərəfinə çəkmək və onları seçki siyahısına salmaq niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni nəşri “Hraparak” yazıb.
Məsələnin iqtisadçı Vaaqn Xaçatryan və həkim Vaan Vardapetyan kimi EMK nümayəndələri ilə əlaqəli olduğu qeyd edilib.
Nəşr Xaçatryan və Vardapetyandan açıqlama ala bilməyib.
Eyni zamanda, qəzetin yazdığına görə, əvvəllər Ter-Petrosyanın yaxın ətrafında olan şəxslərdən biri sayılan iş adamı Xaçatur Sukiasyan da hakim komandanın siyahısına daxil ediləcək.
Xatırladaq ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan istefa verdikdən sonra Paşinyanın baş nazir vəzifəsini icra etmək qərarından narazılığını bildirib. Ter-Petrosyan son zamanlar dəfələrlə Paşinyanı sərt tənqid edib.
Baş nazir aprelin 25-də istefa verib. Ermənistan prezidenti bunu qəbul edib.