8 May 2021 10:58
3 750
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanın mərkəzində atışma olub.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, İrəvanın Nor-Nok bölgəsində baş verən atışma zamanı bir nəfər öldürülüb, bir nəfər isə yaralanıb.

Hadisənin baş verdiyi ərazidə ov tüfəngi, tapança və gilizlər aşkarlanıb. Hadisə yerində Mercedes S500 model avtomobil də olub.

Polis ölən və yaralanan şəxslərin şəxsiyyətini müəyyən etməyə çalışır.


Müəllif: Cavad