20 May 2021 09:23
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanda seçkilərdə Nikol Paşinyan qalib gələcək. Avropa və ABŞ sözsüz ki, bu seçkilərdə Paşinyanı müdafiə edir. Paşinyan seçkini udsa da status-kvonun dəyişməsi gözlənilmir”.

Bunu Teleqraf.com-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.

Onun sözlərinə görə, Qarabağ müharibəsindən sonra Rusiya burada sülhməramlı kontingentlə gəlib: “Yəni bölgədə rus ordusu var. Ruslar buna nail olub. Beləcə Ermənistanın status-kvonu pozmaq imkanları əldən çıxır. Ermənistanda Nikoldan savayı digər aparıcı qüvvələr əsasən revanş haqqında danışırlar. Revanş isə ruslara sərf etmir”.

Partiya sədri qeyd edib ki, ruslar Nikol Paşinyanın hakimiyyətdə qalmasına razıdır: “Nəyin qarşılığında? Çünki hər şey indiki kimi qalacaq. Ermənistan Rusiya hərbi bazası var, Qarabağda sülhməramlı missiya ilə təmsil olunurlar. Onlara toxunan olmayacaq. Kimsə revanşdan danışsa, bu halda ruslar ərazidən çıxmalıdırlar. Belə ssenaridə Ermənistan Azərbaycan qarşısında tək qalmalı olacaq. Düşünürəm ki, indi regionda proseslər bizim xeyrimizə cərəyan edir”.


Müəllif: Cavad

Oxşar xəbərlər