“İrəvanda bir tibb mərkəzində gizlədilən 200-dən çox cəsədin bəzilərinin kimliyi müəyyən edilsə də, yaxınları onları qəbul etməkdən imtina edirlər”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Məhkəmə Tibbi Mərkəzindən verilən açıqlamada deyilib.
“Bəzi valideynlər hələ də, DNT müayinəsindən keçdikdən tam şəxsiyyətləri təsdiq edildikdən sonra da, cəsədləri götürmək istəmirlər”, - açıqlamada qeyd olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl İrəvandakı tibb mərkəzlərindən birində Qarabağda həlak olmuş 200-dən çox erməni hərbçisinin cəsədinin gizlədiyi məlum olub. Sirrin gün işığına çıxması İrəvanda etirazlar yaradıb.