11 İyun 2021 00:27
2 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Seçki yarışı zamanı qarşılıqlı kompromatların ortaya atılması iyrənclikdir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib.

O, eks-prezident Serj Sərkisyan və Baş nazir Nikol Paşinyanın bir-birinə qarşı irəli sürdükləri ittihamlardan danışıb.
Ter-Petrosyana görə, belə bir siyasi mübarizə çirkli fəndlərdir.

“Bu manipulyasiyadır və ortaya atılan məlumatların 90% -i yalandır. Bunların məzmunu zibildir. Danışmağa başqa heç nə yoxdur?!”, - Petrosyan bildirib.

Qeyd edək ki, Serj Sərkisyan bundan əvvəl Paşinyanı bilərəkdən Azərbaycanı savaşa təhrik etməkdə ittiham edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər