12 İyun 13:40
1 678

Ermənistanda seçkilərə bir həftə qalmış yeni rəy sorğularının nəticələri açıqlanıb. Nəticələrə görə, “Ermənistan” seçki bloku “Mülki Müqavilə”ni keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Gallup” beynəlxalq sorğu təşkilatının Ermənistan ofisinin rəhbəri Aram Navasardyan mətbuat konfransında bildirib.

Ofis rəhbəri Ermənistanda keçirilən seçkilərdə iştirak edən siyasi qüvvələrin reytinqini təqdim edib.

Rəy sorğusunun nəicələrinə görə, respondentlərin 24,1 faizi “Ermənistan” seçki blokuna, 23,8 faizi “Mülki Müqavilə” partiyasına səs verəcəyini açıqlayıb. Əvvəlki sorğu ilə müqayisədə “Ermənistan” blokunun göstəriciləri 3,5, “Mülki Müqavilə”nin tərəfdarları isə 1,4 faiz artıb.

Üçüncü yerdə “Mənim şərəfim var” seçki bloku 7,4 faizlə gəlir. Çiçəklənən Ermənistan Partiyasına respondentlərin 3,1 faizi səs verəcəyini bildirib. Seçicilərin 9,2 faizi heç kimə səs verməyəcəyini açıqlayıb.

Məlumat üçün bildirək ki, “Ermənistan” seçki blokuna Robert Köçəryan, “Mülki Müqavilə” blokuna Nikol Paşinyan, “Mənim şərəfim var” blokuna faktiki Serj Sərkisyan, Çiçəklənən Ermənistan Partiyasına Çarukyan liderlik edir.


Müəllif: Cavad