23 İyun 2021 18:59
1 685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Prezidenti Armen Sərkisyan Dağlıq Qarabağ münaqişəsinə dair sənədin sülh razılaşması olmadığını, bunun atəşkəsin təminatçısı olan üçüncü tərəf Rusiyanın iştirakçı ilə imzalanan atəşkəs bəyanatı olduğunu söyləyib.

Teleqraf.com xəbər verir ki, A.Sərkisyan bu barədə İspaniyanın “El Pais” qəzetinə verdiyi müsahibədə deyib.

“Rusiyalı sülhməramlılar Dağlıq Qarabağda olmasa, vəziyyət tamamilə fərqli olacaq. Azərbaycanın Türkiyə ilə birlikdə o əraziyə girməyə cəsarət etməyəcəyinə zəmanət verən kimsə varmı? Bu atəşkəsin üç tərəf arasında razılaşdırıldığı aydındır, bəlkə də dördüncüsü pərdə arxasında iştirak edir. Sizin ölkəniz (İspaniyanı nəzərdə tutur) kimi NATO üzvü olan və Ermənistana qarşı NATO silahlarından istifadə edən Türkiyə”, - deyə o bildirib.

A.Sərkisyan 2020-ci il müharibəsi vaxtı Avropa İttifaqının səsinin eşidilmədiyini də qeyd edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər