Avropa İttifaqı Şurası bu gün Ermənistanla ortaq aviasiya müqaviləsinin imzalanmasını təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, Aİ Şurası, Ukrayna və Tunislə də oxşar müqavilələrin imzalanmasını təsdiqləyib.
Razılaşmalar həm istehlakçılara, həm də hava yollarına yeni imkanlar təqdim edərək hava nəqliyyatı bazarını açacaq.
“Razılaşmalar Aİ qonşularının bazar məhdudiyyətlərini aradan qaldıracaq və Aİ-nin daxili aviasiya bazarına qoşulacaqlar. Bu ölkələr Aİ-nin aviasiya standartlarını qəbul edəcək və Aİ-nin aviasiya qaydalarını tətbiq edəcəklər”, - deyə Aİ Şurasının açıqlamasında deyilir.
Müqavilələrin 2021-ci ildə imzalanması gözlənilir. Bundan sonra bütün Aİ üzv dövlətləri tərəfindən təsdiqlənməlidir.