Ermənistanın sabiq prezidenti Robert Köçəryan və keçmiş baş nazirin müavini Armen Qevorkyanın məhkəmə işi ilə bağlı iclas İrəvanın ümumi yurisdiksiya məhkəməsinin Şenqavit iqamətgahında keçiriləcək.
Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, buna qədər məhkəmə prosesi müxtəlif səbəblərdən təxirə salınıb.
Keçmiş prezident Cinayət Məcəlləsinin 311-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndi ilə ittiham olunur.