Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Arşak Karapetyan arasında Moskvada görüş olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “İnterfaks”a hərbi-diplomatik mənbələr məlumat verib. Görüşün detalları açıqlanmır.
Qeyd edək ki, Karapetyan bu gün Moskvaya gedib. Səfərdən əvvəl Şoyqu ilə Karapetyanın telefon danışığı olub.