Ermənistan Təhlükəsizlik Şurasının qərargah rəisi Ayk Petrosyan və KTMT-nin baş katibi Stanislav Zas Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.
Teleqraf.com xəbər verir ki, tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə yanaşı, məsələlərin dinc yolla həlli prosesində KTMT çərçivəsində mövcud mexanizmlərdən istifadə imkanlarına da toxunublar.
Tərəflər KTMT Təhlükəsizlik Şurası Katiblərinin sentyabr ayında Tacikistanda keçiriləcək toplantısının gündəliyini və Ermənistanın təşkilata sədrliyinə hazırlıq məsələlərini müzakirə ediblər.
Bundan əvvəl Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Armen Qriqoryan KTMT baş katibi ilə görüşmüşdü.
Stanislav Zas Ermənistana bu gün gəlib.