13 Avqust 2021 09:50
2 508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Hərbi Vətənpərvərlik Məktəbi (POQA) adlı məktəbdə Türkiyə və Azərbaycana qarşı pulsuz hərbi təhsil verən yeni terror təşkilatı qurub.

Teleqraf.com xəbər verir ki, terrorçuların Feysbuk səhifəsi “Düşmənimiz sərhədin o tərəfindədir” şüarı ilə fəaliyyət göstərir.

Türkiyənin “Haber7” saytının məlumatına görə, POQA adlanan qurum PKK və ASALA terror təşkilatları tərəfindən dəstəklənir.

Bu təşkilatın bu ilin martın 20-dən fəaliyyət göstərdiyini bildirən Əsassız Soyqırım İddiaları ilə Mübarizə dərnəyinin rəhbəri Savaş Eğilmez POQA-nın erməni diasporu tərəfindən maliyyələşdirildiyini diqqətə çatdırıb.

Məktəbin ən böyük maliyyəçisi ABŞ-ın Kaliforniya ştatında səhiyyə sektorunda fəaliyyət göstərən erməni-amerikalı iş adamı Vrej Qriqoryandır.

POQA sosial şəbəkələrdə etdiyi çağırışında 18-55 yaş arası bütün erməniləri və digər ölkələrin vətəndaşlarını Türkiyə və Azərbaycana qarşı işləməyə dəvət edib.

Təşkilat onun üçün işləyəcək şəxslərə 100 dollar maaş verir.

Məktəb hətta Moskvadan İrəvana birbaşa uçuşlar üçün təyyarə biletləri ödəməyi öhdəsinə götürür.

Əsasən gəncləri özünə cəlb edən POQA-da həm kişilər, həm də qadınlar keçmiş hərbi mütəxəssislər tərəfindən hazırlanır. Bu çərçivədə atış, ilkin tibbi yardım, hərbi strategiya və hərbi texnikadan istifadə qaydaları ilə birlikdə psixologiya təhsili verilir. Bununla yanaşı, POQA odlu və soyuq silahlardan istifadə etməyi, partlayıcı maddə hazırlamağı, çöl şəraitində qalmağı, yerli insanlarla ünsiyyət qurmağı, döyüş sənətləri və çətin şəraitdə sağ qalma üsullarını öyrədir.

Təşkilatın Feysbuk səhifəsində “Sərhədin bu tərəfində düşmən axtarmayın. Düşməniniz sərhədin o tərəfindədir. Təhqir və böhtanla bu düşməni məğlub edə bilməzsiniz” qeydi yer alıb.

Avqustun 1-də yeni terror kursuna başlayan POQA-nın gələcəkdə erməni xalqı üçün təhlükə yaradacağını deyən Eğilmez bildirib: “Bu terror təhsili alan nəsil özü kimi düşünməyən digər erməniləri düşmən hesab edib onlara başağrısı yaradacaq”.

Ermənistanın bu təşkilatla Qarabağa qarşı yeni bir həmlə edəcəyi iddia olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər