20 Avqust 2021 17:30
3 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan və ailəsi Rusiyanın Soçi şəhərinə tətilə gedəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb.

Məlumata görə, hökumət başçısı ailəsi ilə birlikdə avqustun 26-da Soçiyə gedəcək.

Nəşr bildirib ki, Paşinyan Rusiya Prezidenti Vladimir Putinə xoş gəlmək üçün belə bir addım atır:

“Sual olunur ki, niyə məhz Soçiyə? Paşinyan bununla Rusiya rəhbərliyinə “xüsusi münasibət” göstərdiyini göstərmək istəyir və ümid edir ki, bununla isti münasibətlər qura biləcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər