24 Avqust 2021 14:04
1 873
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2010-2019- cu illər arasında Ermənistan ordusunda 381 hərbçi daxili münaqişə zəmnində vəfat edib”.

Teleqraf.com xəbər verir ki, bu barədə siyasi ekspert Zaur Məmmədov məlumat verib.

Ekspert erməni ordusu daxilində münaqişə və intihar hallarının artdığını söyləyib:

“Ermənistan ordusunda anarxiya davam edir. Son günlər Ermənistanın Qərbi Zəngəzur və digər regionlarda yerləşən hərbi hissələrində hərbçilər arasında münaqişə və bu münaqişələrin nəticəsi kimi, həlak olanlar və yaralananlar haqda məlumatlar yayılır. Son dörd gündə isə bəzi hərbçilərin hərbi hissələrdən qaçdığı da məlum olub. Beynəlxalq təşkilatlar tərəfindən də Ermənistanda ordusunda anarxiyanın baş alıb getməsi ilə bağlı hesabatlar dərc edilir.

Helsinki Vətəndaş Assambleyasının Böyük Qarakilsə (Vanadzor) ofisinin məlumatına görə, cari ilin əvvəlindən Ermənistan ordusunda və Qarabağdakı qanunsuz silahlı dəstələrdə 44 ölüm qeydə alınıb. Ölümlərdən 35-i qeyri-döyüş şəraitində baş verib.

Qeyd edim ki, bundan əvvəl də Ermənistan ordusundakı özbaşınalıq vətəndaş cəmiyyətinin və beynəlxalq təşkilatların diqqət mərkəzində olub. Təsəvvür edin ki, 2010-2019- cu illər arasında Ermənistan ordusunda 381 hərbçi daxili münaqişə zəmnində vəfat edib, onlardan 88-i özünəqəsd nəticəsində ölüb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər