11 Sentyabr 2021 19:25
1 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın katolikosu II Qaregin Britaniya Lordlar Palatasının üzvü Baronessa Karolayn Koksu qəbul edib.

Teleqraf.com xəbər verir ki, ermənilərin dini lideri Qarabağdakı separatçılarını beynəlxalq tribunalarda müdafiə etdiyi üçün ingilis siyasətçiyə "erməni kilsəsinin ən yüksək mükafatı"nı – “Surb Saak - Surb Mesrop” ordenini təqdim edib.

Avropada erməni diasporuna yaxınlığı ilə seçilən Baronessa buna görə Qareginə təşəkkürünü bildirib. Bundan sonra da separatçıları müdafiə edəcəyinə söz verib.

Qeyd edək ki, erməni diasporundan maliyyələşən Baronessa Koks həmişə anti-Azərbaycan mövqeyi ilə seçilib. 44 günlük Vətən müharibəsi dövründə Britaniya parlamentində Azərbaycan əleyhinə layihə müzakirəyə çıxarmağa cəhd etsə də, bunun İngiltərə hökuməti tərəfindən qarşısının alındığı bildirilmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu