28 Sentyabr 2021 13:33
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İrəvanda Səhiyyə Nazirliyinin qarşısında tibb personalı etiraz aksiyası keçirib.

Teleqraf.com xəbər verir ki, tibb personalı oktyabrın 1-dək koronavirusa qarşı peyvənd edilməsini və ya ayda iki dəfə PCR testindən keçməsini nəzərdə tutan əmrin ləğv olunmasını tələb edir.

Həkim Hovannes Gevorgyan bu qərarın konstitusiyaya zidd olduğunu və insan haqlarını pozduğunu bildirib. O, həmçinin qeyd edib ki, Səhiyyə Nazirliyi bütün səhiyyə xidmətlərinin maliyyələşdirilməsini bağlayıb.

Bu zaman bir polis əməkdaşı ona yaxınlaşaraq ictimai asayişi pozacağı təqdirdə həbs olunacağını deyib. Az sonra həbs edilib. Polis aksiyada iştirak edən daha bir nəfəri saxlayıb.


Müəllif: Nemət

Oxşar xəbərlər