“Ermənistan Rusiyadan aldığı silahlara görə pul verməlidir, əks halda girov tələb olunmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyada fəaliyyət göstərən “Milli Müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko deyib.
Ekspert qeyd edib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan Moskvadan nağd pula silah alır.
“Ermənistan Rusiyadan aldığı silahların pulunu ödəməlidir. Əgər pulu yoxdursa, qoy Rusiyadan aldığı kreditlərin əvəzinə girov qoysun. Məsələn, bunlar Ermənistanın qızıl-valyuta ehtiyatları və ən qiymətli sənaye aktivləri ola bilər. Girov da Moskvaya çatdırılmalıdır. Ermənistandan fərqli olaraq, Azərbaycan Moskvadan nağd pula silah alır”, - Korotçenko vurğulayıb.