26 Noyabr 2021 15:27
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan yenidən Azərbaycanla danışıqlar mövzusuna toxunub.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın keçmiş çekisti 2018-2019-cu illərdə aparılan danışıqlarda ondan başqa daha bir məmurun da iştirak etdiyini bildirib.

Amma Vanetsyan həmin şəxsin adını açıqlamayıb.

“ANİ” mərkəzinin etibarlı məlumatına görə, ikinci məmur Qraçya Taşyandır.

Qeyd edilib ki, Taşyan Ermənistanın ən yaxşı diplomatlarından biri hesab olunur. O, Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, NATO departamentinin rəhbəri, Ermənistanın ABŞ-dakı səfirliyinin nümayəndəsi, 2009-2011-ci illərdə isə Ermənistanın Xarici İşlər Nazirliyinin vacib işlər üzrə nümayəndəsi olub. 2018-2020-ci illərdə Taşyan baş nazir Paşinyanın köməkçisi olub və 2020-ci il iyulun 8-də Nazirlər Kabinetinin xarici əlaqələr şöbəsinin müdiri təyin edilib.


Müəllif: Nemət