27 Noyabr 2021 16:20
3 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Polis Xidməti paytaxt İrəvanda xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində 16 “qanuni oğru” və kriminal avtoritet həbs olunub.

Teleqraf.com Shamshyan.com-a istinadən xəbər verir ki, əməliyyat noyabrın 26-dan başlanıb.

Məlumata görə, “Alo” ləqəbli Aleksandr Makaryan, “Boqo ləqəbli ” Ruben Kostanyan, Aşot Avetisyan polisə gətirilib.

62 yaşlı Andranik Terteryan, “Malatiya giro” ləqəbli Jirayr Brutyan, Samvel Arutyunyan, 51 yaşlı Paruyr Qriqoryan, Rafael Nazaryan, Yura Udiyev, Cndi Maryan, “Zap” ləqəbli Andranik Soqoyan, Sevo ləqəbli “qanuni oğru” Armen Manukyan, Arsen Mkrtçyan polis tərəfindən saxlanılıb.

Bu yaxınlarda “Xoşməramlı səfir” kimi tanınan Artem Arutyunyan, “Noratustsi Ara” ləqəbli Ara Banduryan və 53 yaşlı Voskan Mnatsakanyan polis tərəfindən həbs edilib.

Məlumata görə, məhkəmənin qərarı ilə həmin şəxslərin mənzillərində və evlərində axtarışlar aparılıb. Onların bəzilərinin evlərində və avtomobillərində tüfənglər, qaz tapançaları, soyuq silahlar, patronlar, zirehlər və digər əşyalar aşkar edilib.


Müəllif: Nemət