ABŞ-da səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dövlət katibinin müavini vəzifəsini icra edən Derek Hoqanla görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Görüşdə Cənubi Qafqazda gedən proseslər, uzunmüddətli sülhün bərqərar olması perspektivləri və Ermənistanın regiondakı rolu müzakirə olunub.
Armen Qriqoryan bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan, eləcə də ekspert dairələrinin nümayəndələri ilə görüşüb.