Ermənistan parlamentinin deputatlarının azı dörddə biri Vaaqn Xaçaturyanı prezidentliyə namizəd kimi irəli sürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Xaçaturyanın namizədliyi hakim “Vətəndaş müqaviləsi” Partiyası tərəfindən irəli sürülüb. O, partiyaya Baş nazir Nikol Paşinyan tərəfindən təqdim olunub.
Vaaqn Xaçaturyan 2021-ci il avqustun 4-dən yüksək texnologiyalar sənayesi naziri postunu tutur.