3 Fevral 2022 13:25
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda prezidenti seçkiləri mart ayında baş tutacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclası zamanı bildirib.

Onun sözlərinə görə, parlamentin 65 deputatı Vaaqn Xaçaturyanın Ermənistan Respublikasının prezidenti vəzifəsinə namizədliyini irəli sürüb ki, bu da onun bu vəzifəyə seçiləcəyinə müəyyən inam verir.

N.Paşinyan qeyd edib ki, “Vətəndaş müqaviləsi” fraksiyasının digər üzvləri texniki-hüquqi səbəblərə görə namizədlik sənədini imzalamayıblar.

“Fraksiya daxilində namizədliyin irəli sürülməsi məsələsində harmoniya var ki, bu da ən azı ikinci turda prezident seçkilərinin baş tutacağına əminlik yaradır. Ümid edirəm ki, seçkiyə qədər Vaaqn Xaçaturyan nazir vəzifəsini icra edəcək və biz bu müddət ərzində hökumətdə səmərəli işləməyə davam edəcəyik”, - deyə Nikol Paşinyan bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər