Ermənistan Azərbaycanın təqdim etdiyi təkliflərə cavab verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
“BMT Nizamnaməsi, Siyasi və mülki hüquqlar haqqında Beynəlxalq Pakt və Helsinki Yekun Aktı əsasında Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqların təşkili məqsədilə Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət edib”, - deyə məlumatda qeyd olunur.
Bundan əvvəl xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan Ermənistana münasibətlərin normallaşdırılması ilə bağlı təkliflər verib, sənəd beş bənddən ibarətdir.